Menu

Elşad Abdullayev xalqı Cəmil Həsənliyə səs verməyə çağırdı - BƏYANAT

07.10.2013, 17:50
Elşad Abdullayev xalqı Cəmil Həsənliyə səs verməyə çağırdı - BƏYANAT

"O, həmişə haqsızlıq qarşısında susmayan əsl ziyalıdır, bütün Azərbaycan xalqını öz ətrafında birləşdirə biləcək yeganə prezidentliyə namizəddir"

 Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Avropa Elşad Abdullayev 9 oktyabr prezident seçkiləri ilə bağlı Azərbaycan xalqına müraciət ünvanlayıb. "AzPolitika.info"-ya daxil olan müraciətdə E.Abdullayev hamını Cəmil Həsənliyə səs verməyə çağırıb. 1974-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunduğu gündən başlayaraq, 39 ildir ki, hörmətli professor Cəmil Həsənlini şəxsən tanıdığını qeyd edən E.Abdullayev bəyanatında yazır:

"Bu illər ərzində BDU-da şəxsiyyətinə böyük hörmət etdiyim Cəmil Həsənlinin bizim gözlərimiz qarşısında qeyri-adi nümunəvi tələbəçilik və elmi-pedaqoji fəaliyyəti olub. Cəmil Həsənli bir elm adamı kimi həm Azərbaycanda, həm də xarici ölkələrdə - ABŞ, Türkiyə, Kanada, Böyük Britaniya, İran və Rusiyada çoxsaylı elmi nəşrləri ilə müasir dünyanın elm adamlarının və siyasilərinin diqqətini cəlb edib. O, həmişə haqsızlıq qarşısında susmayan əsl ziyalıdır, bütün Azərbaycan xalqını öz ətrafında birləşdirə biləcək yeganə prezidentliyə namizəddir, xalqımızın bütün sosial təbəqələrinin etimadını qazanmış şəxsiyyətdir".

Keçmiş rektor daha sonra qeyd edib ki, 2 prezident seçkisində YAP-ın Binəqədi rayon təşkilatının xətti ilə İlham Əliyevin vəkili olub. "Lakin hazırda İlham Əliyevin prezident seçkilərində iştirak etməsi hüquqa ziddir", deyə o bildirib.

"Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindədir. Sosial vəziyyətindən, partiya mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq hər kəsi Azərbaycan dövlətçiliyini bir ovuc fırıldaqçı - adam oğrusunun əlindən xilas etmək üçün Azərbaycan xalqının vahid namizədi kimi 39 ildir ki, yaxından tanıdığım hörmətli professor Cəmil Həsənliyə dəstək olmağa çağırıram", deyə E.Abdullayev müraciətinin sonunda xalqa çağırış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol