«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniya Baş nazirinin müavini Soraya Saens de Santamariya Kataloniyaya rəhbərliyi öz üzərinə götürüb. Ölkənin Baş naziri Mariano Raxoy bu barədə üyğun sərəncam imzalayıb («EL Rais»).
Sənəddə, muxtariyyət hökumətinin hakimiyyətdən kənarlaşdırıldığı və onun funksiyalarının əksəriyyətinin Santamariyanın öhdəsinə verildiyi öz əksini tapıb.
Bundan əvvəl, hökumət elan etmişdi ki, İspaniyanın daxili işlər naziri Xuan İqnasio Soido Kataloniya polisinə rəhbərliyi öz üzərinə götürüb.
Bu ərəfədə Kataloniya parlamenti bölgənin müstəqilliyini elan edib. Bunun ardınca, Baş nazir Raxoy Kataloniya generalitetini istefaya göndərib, parlamenti buraxıb və bu ilin axırına qədər muxtariyyətin ərazisində növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib.


Şərhlər