Menu

Bərzani istefa verdi

29.10.2017, 19:52
Bərzani istefa verdi

Bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

M. Bərzaninin istefa barədə məktubu bu gün İraq Kürd Bölgə Muxtariyyətinin parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb. Bununla da 2015-ci ildən İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri postunu tutan və iki dəfə səlahiyyət müddəti uzadılan M. Bərzaninin istefası rəsmiləşib.

Bərzaninin istefa məktubunda deyilir:“Noyabrın 1-də başqanlıq müddətim başa çatır, vəzifəmi davam etdirmək istəmirəm. Həmçinin prezidentliklə bağlı qanunvericiliyin dəyişdirilməsinə və ya uzadılmasına qarşıyam. Kürd Muxtariyyətinin rəhbəri vəzifəsində boşluq yaranmaması üçün tərəflər tezliklə bir araya gəlməlidirlər. Bundan sonra xalqın arasında olaraq, onun haqlarının qorunması uğrunda mübarizə aparacağam”.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.(APA)

****

Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani noyabrın 1-də istefaya gedəcəyini bəyan edib.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, yeni lider seçilənədək muxtariyyət rəhbərinin səlahiyyətlərini bölgə hökuməti, parlamenti və məhkəmə instansiyaları birgə icra edəcəklər.

İraq ordusu kürdlərin nəzarətində olan ərazilərin bir hissəsini ələ keçirdikdən sonra yerli müxalifət M.Bərzaninin istefasını tələb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol