Menu

Əfqanıstanın taliblərlə toqquşmada 13 polis ölüb

29.10.2017, 12:08
Əfqanıstanın taliblərlə toqquşmada 13 polis ölüb

Əfqanıstanın şimal-şəgində Kunduz əyalətində "Taliban" radikal hərəkatının yaraqlıları ilə toqquşma nəticəsində 13 polis əməkdaşı həlak olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə. bu haqda Pajvak agentliyi xəbər verir.

Toqquşmalar bazar gününə keçən gecə Xanabad rayonunda baş verib. Yaraqlılar yerli vaxtla səhər saat 3 radələrində nəzarət keçid məntəqəsinə hücum ediblər.

Məntəqədə olan 14 polisdə 13-ü öldürülüb, daha biri isə hadisə yerindən qaçmağa nail olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol