“Mən daha milli məsələlərlə məşğul olmaq istəmirəm”.Bunu Moderator.az-a açıqlamasında Modelləşdirilmə və Strateji inkişaf İnstitutunun rəhbəri, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov onun Millətlərarası əlaqələr üzrə şöbə nümayəndəliyindən istefası ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu məsələni normal qarşılamaq lazımdır: “Mən daha milli məsələlərlə məşğul olmaq istəmirəm. Mən bu məsələlərlə Boris Yeltsinin və Vladimir Putinin yanında olarkən yetəri qədər məşğul olmuşam. 2013-cü ildə də mən Azərbaycanlıların Rusiyada Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti vəzifəsindən də istefa vermişdim.
İndi həmin vəzifəyə Asif Məhərrəmov təyin edilib. O çox savadlıdır və Rusiyada 40 ildən artıqdır ki, yaşayır. Onun böyük həyat təcrübəsi var. Hesab edirəm ki, o həmin vəzifədə qarşısına qoyduğu bütün məsələlərin öhdəsindən layiqincə gələ biləcək. Mən 2018-ci ilə kimi V.Putinin səlahiyyətli nümayəndəsi olaraq qalacam. Burada da çoxlu iş var və biz qarşımıza qoyduğumuz bir sıra məsələləri həll etməliyik. Bununla yanaşı mən təsis etdiyim Modelləşdirilmə və Strateji İnkişaf İnstitutunun fəaliyyətini inkişaf etdirmək niyyətindəyəm. Ölkədə və dünyada bir çox şeyi dəyişdirmək üçün böyük işlər görmək, monitorinqlər aparmaq və təhlillər etmək lazımdır. Mənə görə narahat olan şəxslərə öz təşəkkürümü bildiriəm və onlara deyirəm ki, heç nə olmayıb. Bu adi rotasiyadır və ya işdən yalnız mən deyil, daha bir neçə nəfər azad edilib. Bunlar Ramazan Abdullatıpov, Dmitriy Kazakov, İqor Levitin və İsmayıl Craştiyevdir."


Şərhlər