Menu

Gürcüstanın azərbaycanlı idmançısı Avropa çempionu olub

30.10.2017, 21:52
Gürcüstanın azərbaycanlı idmançısı Avropa çempionu olub

Gürcüstan idmançısı Kəmalə Məmmədova kyokuşin karate üzrə Avropa çempionu olub.

APA-nın yerli bürosunun məlumatına görə, K. Məmmədova Barselonada keçirilən yarışda 55 kiloqram çəkidə ən yaxşı nəticə göstərib.

K. Məmmədova finalda ispaniyalı rəqibini məğlub edib.

Qeyd edək ki, əslən Qardabani rayonundan olan K. Məmmədova Gürcüstanın Texniki Universitetində biznes ixtisası üzrə təhsil alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol