Menu

Nursultan Nazarbayev gələn həftə Kazana gedəcək

30.10.2017, 19:54
Nursultan Nazarbayev gələn həftə Kazana gedəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev noyabrın 10-da Kazana getməyi planlaşdırır.

“Report” CA-NEWS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan parlamentinin üzvü Maulen Aşimbayev bildirib.

Onun sözlərinə görə, Tatarıstanla Qazaxıstan arasında sıx əməkdaşlıq var: “Bizim prezident noyabrın 10-da gələcək əməkdaşlığı müzakirə etmək üçün Kazana səfər edəcək”, -deyə Aşimbayev Qazaxıstan parlamenti ilə Rusiya dövlət duması deputatlarının görüşündə vurğulayıb.

İnformasiyaya əsasən, Rusiya prezidenti Vladimir Putinlə Nursultan Nazarbayev noyabrın 9-da Qazaxıstan və Rusiya Regionlararası əməkdaşlıq forumunda iştirak edəcək. Forum Rusiyanın Çelyabinsk şəhərində təşkil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol