Menu

"Gələn ayın sonunda həll oluna biləcək məsələlər var" - Avropa Şurasının nümayəndəsi

31.10.2017, 10:37

Avropa-surasi"Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür".

"Report" xəbər verir ki, bunu Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyes Azərbaycanın bu təşkilatdan çıxmasının mümkünlüyü barədə məsələni şərh edərkən jurnalistlərə açıqlamasında deyib.

"Düşünmürəm ki, bu, baş verəcək. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və Avropa Şurasının institutlarının işində tam iştirak edir", - səfir vurğulayıb. O, hazırda məsələnin müzakirə olunduğunu söyləyib.

"Əlaqələrimizdə problem yaradan, amma gələn ayın sonunda həll oluna biləcək məsələlər var", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol