Menu

Saatlıda 48 yaşlı qadın özünü asıb

31.10.2017, 19:44
Saatlıda 48 yaşlı qadın özünü asıb

Saatlı rayon sakini özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Dəllər kənd sakini, 1969-cu il təvəllüdlü Kərəmova Təranə Şiraslan qızı özünü həyətlərində yerləşən yarımtikilidə asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol