Menu

Neftin qiyməti son 27 ayda ilk dəfə olaraq 61 dolları ötüb

01.11.2017, 09:23
Neftin qiyməti son 27 ayda ilk dəfə olaraq 61 dolları ötüb

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,44% artaraq 54,62 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,31% artaraq 61,13 dollar olub.

Bununla da Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayından bəri ilk dəfə 61 dolları keçib. Başqa sözlə, Brent markalı neft 27 aylıq maksimumu yeniləyib. “Qara qızıl”ın bahalaşmasına OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılacağı ilə bağlı gözləntilər səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol