Menu

Patriarx Kirill «Azalıq, Bərabərlik, Qardaşlıq» şüarını rədd etdi

01.11.2017, 09:42

patriarxAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Moskva və bütün Rusiyanın patriarxı Kirill, sonralar rus ziyalısının şüurunda kök atmış Fransa inqilabının «Azadlıq, Bərabərlik, Qardaşlıq» şüarını düşünərkən, bildirib ki, azadlıq olan yerdə bərabərlik ola bilməz.

«Əgər azadlıqdırsa, bərabərlik ola bilməz. Çünki azadlıq -sadəcə, çəmənlikdir və burada çiçəklər və otlar bitir. Onlardan hər biri öz gücünə uyğun olaraq qalxır. Bərabərlik yoxdur: biri daha güclüdür, digəri bir qədər zəif, üçüncüsü isə ümumiyyətlə, görsənmir. Bax, əgər bərabərlikdirsə, bu, «qırxılmış» yaşıllıqdır - hamısı bərabərdir, amma heç bir azadlıq yoxdur» - patriarx «Slovo pastırya» müəllif proqramında danışıb.

Rusiya provoslav kilsəsinin (RPK) başçısı bəyan edib ki, «əgər bu barədə bizim başabəla intellektlər bir qədər əvvəl fikirləşsəydilər, əgər belə müqayisə onların ağlına gəlsəydi, ola bilsin ki, bu şirnikdirici «bərabərlik, qardaşlıq, azadlıq» şüarına diqqətlə yanaşardılar - axı inqilab ilk növbədə, azadlıq naminə baş vermişdi».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol