Səudiyyə Ərəbistanı kralı Abdullah ABŞ Xarici İşlər naziri Conn Kerriyə İraqdakı sünnilərə təzyiq edəcəyi ilə bağlı söz verib.
Avropa.info xəbər verir ki, bu haqda "Reuters"ə məlumat verən, adı açıqlanmayan ABŞ-lı diplomat deyib. Onun bildirdiyinə görə, Kerri kralla görüşü zaman, Abdullah İŞİD-in bölgədə olmasından əndişəsini dilə gətirib.
"Kral Abdullah İraqdakı proseslərin çözümünün siyasi sürəcdən keçdiyi ilə bağlı Kerri ilə həmfikir olduğunu bəyan edib. O, həmçinin sünniləri danışıq masasına çəkmək üçün imkanı olan bütün təzyiq üsullarından istifadə edəcəyini deyib."
Kerri İraq məsələsini müzakirə etmək üçün, cümə günü kral Abdullahla Ciddədə görüşmüşdü.
Xatırladaq ki, ABŞ İraqda üsyüna qalxmış sünnilərdən yeni hökumətin qurulmasında iştirak etmələrini istəyir, sünnilər isə baş nazir Maliki ilə bir hökumətdə olmaq istəmədiklərini bildirirlər. ABŞ Xarici İşlər naziri Kerrinin məhz bu səbəbdən kral Abdullahla görüşdüyü qeyd olunur.


Şərhlər