Türkiyədə valyuta gəliri olmayan şirkətlər xarici valyutada borc ala bilməyəcək. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı baş nazirin müavini Mehmet Şimşek Parlamentin Plan və büdcə Komissiyası üzvlərinin suallarına cavab olaraq bildirib.
Bununla yanaşı, M.Şimşek böyük şirkətlərə valyuta hedc əməliyyatları məcburiyyətinin tətbiq ediləcəyini də bildirib. Baş nazirin müavini qeryd edib ki, "ixracla məşğul olmayan kişik müəssisələrə valyutada borc almaq qadağan ediləcək, ixracla məşqul olan şirkətlərə isə son 3 illlik orta ixrac həcminin tərəfimizdən müəyyən edilmiş əmsalı qədər valyutada borc almaq icazəsi veriləcək".


Şərhlər