Menu

Britaniyada yeni müdafiə naziri təyin olunub

02.11.2017, 21:07
Britaniyada yeni müdafiə naziri təyin olunub

Mühafizəkarlar Patiyasının təmsilçisi Qevin Uilyamson Britaniyanın yeni müdafiə naziri təyin olunacaq.

RİA “Novosti” xəbər verir ki, bunu Britaniya hökumətinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Qeyd edək ki, ölkənin müdafiə naziri Maykl Fallon ötən gün istefa verib. Məlumata görə, nazir keçmişdə yol verdiyi qeyri-etik davranışının üzə çıxmasından sonra bu addımı atıb. M.Fallon qeyd edib ki, keçmişdəki davranışı Böyük Britaniyanın Müdafiə Nazirliyinin standartlarına uyğun olmayıb. O, həmçinin əlavə edib ki, baş nazir və parlamentin indi bu məsələyə ciddi yanaşması düzgün addımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol