«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniyanın dövlət prokuroru Migel Karbalo Ali məhkəmədən Kataloniyanın sabiq lideri Karlos Puçdemonun və hökumətin daha 4 üzvünün həbsi üçün Avropa orderi tələb edib.
«Vanguardia» qəzetinin verdiyi xəbərə görə, Kataloniyanın vəzifədən kənarlaşdırılmış başçısının məhkəmə iclasına gəlməməsi bunun üçün əsas olub.
Əgər order verilsə, İspaniya onu Belçika hakimiyyətinə təqdim edəcək, onlar isə sözügedən şəxslərin ekstradisiyası məsələsinə baxacaqlar.
Puçdemonun vəkili onun Brüsselə gəlməsini İspaniyada «pis iqlim şəraiti»nin yaşanması ilə izah edib. Bununla bərabər, vəkil xəbərdarlıq edib ki, həbs olunacağı təndirdə, Madrid Puçdemonu «əzabkeş»ə çevirməklə risk etmiş olacaq.


Şərhlər