Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ``Sağlam Yaşa``Gənclərin Maarifləndirilməsi ictimai Birliyi ``Qəhrəmanlığı sizdən öyrənirik`` adlı layihəsinə Zaqatala rayonunun Muxax kəndində yekun vurub.
Təşkilatın nümayəndələri, məktəblilər və kənd icra nümayəndələrinin iştirakı ilə Aprel şəhidi Rəvan Nurayevin anası ziyarət olunmuş, sonra Şəhidin qəbirüstü abidəsinə və Muxax kəndindən olan 22 Qarabağ şəhidiərinin xatirə kompleksinə gül dəstələri qoyulub. Tədbir Muxax kənd kitabxanasında davam etdirilib.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Vəliyev, SHXÇDX rayon bölməsinin məsul işçisi Elman Məmmədov, rayon təhsil şöbəsinin əməkdaşı Bahaddin Mikayılov, Muxax kənd icra nümayəndəsi Abdulkərim Şabanov, Səhidin bacısı Fatma Nurayeva, Şəhidin sinif müəlliməsi Xədicə xanım, sinif yoldaşları, Qarabağ qazisi Aqil Əhmədov və başqaları Rəvan Nurayev haqqında öz xatirələrini danışmışlar. Təşkilatın sədr müavini Tələt Qəribov və ``Mina Qurbanlarının sosial iqtisadi problemlərinin həllinə kömək``İB-in sədri Məmmədhəsən Həsənov öz çıxışlarında Aprel döyüşləri zamanı Azərbaycan xalqının həmrəylik nümayış etdirdiyini, gənclərin yeni ruh ortaya qoyduqlarını, onların vətən sevgisinin, mübarizə əzminin, sağlam düşüncələrinin şahidi olduqlarını qeyd etdilər. Tədbir məktəblilərin Şəhidlərimiz haqqında hazırladıqları seir kompozisiyası ilə başa çatmışdır.
[gallery columns="4" size="full" ids="367265,367266,367267,367269"]


Şərhlər