"Bir çox vəkil nümayəndə qismində proseslərə çıxa bilməyəcək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisdə oktyabrın 31-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə münasibət bildirən Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib:
“Buna qətiyyən ehtiyac yox idi. Belə bir addımın atılması ayrı-ayrı şəxsləri fəaliyyətdən məhrum etmək məqsədi daşıyır. Bəzi vəkillər var ki, onlar “sözə baxmırlar”, hər zaman öz fikirlərində qalırlar. Bu cəmiyyətdə ancaq qadağa metodu ilə yaşayırıq, bizdə hər şey qadağandır. Görün, nə qədər vəkil nümayəndə qismində proseslərə çıxa bilməyəcək. Bəs bu camaat neyləyəcək? Ancaq əhalini fikirləşən kimdir ki, şəxsi maraqlarını qorumaqla məşğuldurlar… Yenə deyirəm, bu, çox səhv addımdır”.
Xatırladaq ki, İlyas İsmayılov Azərbaycan SSR-in baş prokuroru (1985-90) və müstəqil Azərbaycanın ədliyyə naziri (1992-95) olub.

Şərhlər
Vekil olmaq ucun nein ki,huquq diplomu vekillik diplomuda lazimdir.hela bunlarla yanasi en azi 4-5 illik ish tecrubesi lazimdir,musdeqil vekil olmaq ucun
Hormetli ILYaS muellim bilsenizki, Rayon mehkemelerinde ne qeder ""samazvanets""vekiller peydah olubki polisden ,jekden, icra hakimiyetden qovulanlar, yeni hec bir huquq tehsili olmaysnlar donub olb VEKIL bunlarinda ekseriyyeti zerer cekenle-zerer verenin arasina girerek her ikisini gizli olaraq aldadib pulunu alib; nlari aylarla-ilerle mehkemelerde surundururllrer mehkemelerle elaqiye girerek.Yaxwi olarki sabatli huquqi ixtiyari olan vekiller xalqa xidmet etsin !