Menu

KXDR denuklearizasiya barədə danışıqları istisna edib

05.11.2017, 00:57
KXDR denuklearizasiya barədə danışıqları istisna edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respubikası (KXDR) ölkənin denuklearizasiyası barədə danışıqları istisna edib.

«Amerika Birləşmiş Ştatlarının (ABŞ) KXDR ilə bu ölkənin denuklearizasiyası barədəki danışıqlar planlarını reallaşdırmaq nəsib olmayacaq, çünki Pxenyan bu imkanı qəti şəkildə rədd edir» - deyə, Koreya Mərkəzi teleqraf agentliyi xəbər verib.

Dövlət KİV-nin bəyanatında qeyd olunur ki, «ABŞ bu vəhşi fikri bir kənara qoymalı» və hətta denuklearizasiya barədə danışıq aparmaq arzularına belə, son verməlidir. Bundan başqa, KXDR hazırda özünün nüvə qüvvələrinin tam komplektləşdirilməsi üzrə son məqsədinə yaxınlaşmaqdadır.

Pxenyan vəd edir ki, heç vaxt danışıqlar masası arxasında «nüvə qarşılığı» məsələsini müzakirə etməyəcək. Bu, Pxenyan üçün özünümüdafiə faktorudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol