Menu

Mədət Quliyev velosipedçilərlə Dövlət Bayrağı Gününü qeyd etdi - FOTO

05.11.2017, 12:13
Mədət Quliyev velosipedçilərlə Dövlət Bayrağı Gününü qeyd etdi - FOTO

Noyabrın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nin velosiped klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin binası qarşısından start götürən veloyürüş Heydər Əliyev Sarayının qarşısında başa çatıb. Yürüşə qatılan 200-dən artıq velosipedçi 12 kilometr məsafə qət edib.

Veloyürüş iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parkda xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

 

Şərhlər

G.M 2017-11-05 12:13:25

Aygün Kazımova işdən vaxt tapəb naziriylə velosiped yürüşünə qatılıb Bayrağımızı yad eliyə bilmiyib.Yaxşı ki,reklamsız,filansız Bu Bayrağın qədrini bilən Xalqımız var.

REDAKTOR 2017-11-05 12:13:25

TƏBİİ Kİ BAYRAQ HƏR BİR MİLLƏTİN QURUR MƏNBƏYİDİR. QALDİ Kİ VELOSİPET YURUSU MƏSƏLƏSİNƏ BUNU ANLAMAQ BİR AZ CƏTİNDİ.BAYRAĞİMİZİ İSĞAL ALTİNDA OLAN TORPAQLARDA GORMƏK İSDƏRDİ MİLLƏTİMİZ. BAKİNİN MƏRKƏZİNDƏ ONSUZDA BAYRAQLAR VƏ BAYRAQDARLAR KİFAYƏT QƏDƏRDİ.HƏR HALDA BAYRAMİMİZ MUBARƏK OLSUN BU BAYRAĞİ İLK DƏFƏ MEYDANLRA GƏTİRƏN İNSANLARA İSƏ ƏBƏDİ ESQ OLSUN?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol