Menu

Universitetə qəbul etdirəcəyinə vəd verib, 7500 manat aldı - Bakıda dələduzluq 

05.11.2017, 20:13
Universitetə qəbul etdirəcəyinə vəd verib, 7500 manat aldı - Bakıda dələduzluq 

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.

Lent.az xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Sabirik Harzaqahi Əli Məhəmmədhüseyn oğlu Nəsimi rayon 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi olan tanışı Fərhad Fərhadyan onu Bakıda fəaliyyət göstərən Tibb Universitetinə qəbul etdirəcəyinə vəd verib.

Bu məqsədlə 22 yaşlı Sabirik Harzaqahi Fərhadyana 7500 manat pul verib. Lakin o, daha sonra aldadıldığını görərək polisə müraciət edib.

Müraciət əsasında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol