Menu

ABŞ-da kilsəyə silahlı hücum nəticəsində 26 nəfər ölüb - Yenilənib

06.11.2017, 09:50
ABŞ-da kilsəyə silahlı hücum nəticəsində 26 nəfər ölüb - Yenilənib

ABŞ-ın Texas ştatında kilsəyə silahlı hücum nəticəsində 26 nəfər ölüb, 20-yə yaxını yaralanıb.APA-nın məlumatına görə, 26 yaşlı Devin Kelli Sazerlend-Sprinqs şəhərində kilsəyə daxil olaraq avtomat silahdan orada olan insanlara atəş açıb. Ölənlər 5 yaşdan 72 yaşadək olan şəhər sakinləridir.

Daha sonra kilsədən çıxan D.Kelli və üzərində silah olan yerli sakin arasında atışma baş verib. Cinayətkar silahını yerə ataraq avtomobillə hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra onun meyiti sahibi olduğu maşında aşkarlanıb. Onun atışma nəticəsində aldığı yaradan keçindiyi və yaxud intihar etdiyi güman edilir.

Qatilin avtomobilində xeyli sayda odlu silah tapılıb.  Məlumata görə, Texas ştatının Nyu-Braunsfeld şəhər sakini Devin Kelli 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olub, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edilib. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.Cinayətin motivləri müəyyənləşdirilir.

****

Qeyd edək ki, oktyabrın 1-də Texas ştatının Las-Veqas şəhərində 63 yaşlı Stiven Paddok musiqi festivalının iştirakçılarını atəşə tutub, nəticədə 58 nəfər ölüb, 500-dən çoxu yaralanıb. ABŞ-ın San-Antonio şəhərində (Texas ştatı) naməlum şəxs kilsəyə daxil olaraq atəş açıb.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, onların sayı barədə dəqiq məlumat yoxdur.

Atəşi açan şəxs polis tərəfindən öldürülüb.

Şərhlər

dadaşyev 2017-11-06 09:50:28

Al,bu da xristian terroru.Baptist terroru.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol