Menu

TANAP qaz kəmərinin dəyəri dəqiqləşdirildi

06.11.2017, 10:15
TANAP qaz kəmərinin dəyəri dəqiqləşdirildi

Transanadolu boru kəmərinin (TANAP) dəyəri 7,9 milyard dollar təşkil edir. Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O qeyd edib ki, qaz kəmərinin tikintisi üzrə işlərin 93 faizi yekunlaşıb: "Layihənin dəyəri 7,9 milyard dollar təşkil edir. Ümumilikdə tikinti işləri çərçivəsində 3,8 milyard dollar qənaət edilib".

S.Düzyol bildirib ki, TANAP-ın inşası çərçivəsində indiyədək 3,65 milyard dollar dəyərində kredit sazişləri imzalanıb:

"2018-ci ilin əvvəlində Türkiyə-Gürcüstan sərhədində boru kəmərinin sınaqdan keçirilməsi prosesinə başlanacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol