Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb.
Qərar rəsmi mətbuatda dərc olunub.
Qərar dərc edildikdən sonra 30 gün ərzində qüvvəyə minir və 2019-ci il dekabrın 31-dək qüvvədə qalır.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişikliklər iqtisadiyyat, vergi, maliyə nazirliklərinin və Dövlət gömrük komitəsinin razılaşdırılmış təklifi əsasında edilib. /"Marja"


Şərhlər
Beşi də heç etməyə ehtiyac var.Yoxsa,texniki yaglardan istifadə etməyə məcbur olacaq insanlar sagalmaz xəstəliklərə tutulacaqlar.Allah sizə insaf versin!
Bir müddət əvvəl deyilirdi ki,kərə yağının idxal rüsumu 36 faizdir və Gürcüstananla qiymətdə olan fərqi bununla izah edirdilər.