Azərbaycanda güclü zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ iyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb.
İlkin məlumata görə, 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.
AzVision.az-a isə yerli sakinlərin verdiyi məlumata görə, hazırda əhali küçələrə tökülüşüb. Zəlzələnin sakinlər arasında təşviş yaratdığı bildirilir. Sakinlər gecəni küçədə keçirməyi planlaşdırırlar.


Şərhlər