Menu

"Deputatların maaşı artırılmalıdır" - Siyavuş Novruzov

07.11.2017, 12:48
"Deputatların maaşı artırılmalıdır" - Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif edib.

APA-nın məlumatına görə, S. Novruzov bu gün Milli Məclis komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əmək haqqı hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

S. Novruzov qeyd edib ki, Milli Məclisin büdcəsi heç bir rayonun büdcəsi qədər də heç deyil: “İstər beynəlxaql aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar heç olmasa, iki-üç ildən bir əməkdaşlıq etdiyi ölkələrə getməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır”.

Şərhlər

Akif 2017-11-07 12:48:59

Deputatlar heç bir işlə məşğul olmurlar.Prezident administrasiyasından Milli Məclisə göndərilən Qanunları və mövcud qanunlara edilən mürtəve dəyişikliklərə kortəbii səsverirlər. Bunu hamı anlayır. Antixalq siyasəti aparan hakimiyyət günahından aclıqdan artan intihar edən, oğurluq, soğunçuluq dələduzluq kimi cinayətlərin qarşısını almaq barədə düçünməz əvəzinə, Siyavuş Novruzov aylıq maaşı 2100 manat olan Siyavuş Novruzov utanmadan deputatların maaşlarının artılmasını təklif edir.

Realistə 2017-11-07 12:48:59

Birinci G sən özünsən. Çünki burada xalqüımızın hər təbəqəsindən bölgəsindən kəndindən və böyük kiçik qadın uşaq var. Sənin mədəniyyətin olsun. Sənin aləmində isə dövlətçilik korrupsiya rüşvət talan qarət, düşməndən torpağı 20 ildir almağa cəsarətsizlik və başqa anti milli amillərdir. Heç vaxt milləti təhqir etmə? bax sən dövlətçiliyi belə qanırsan.

S.Ənvər qızı 2017-11-07 12:48:59

Deputatlar yalnız özləri üçün gün ağlayırlar,xalqın taleyi onları narahat etmir.Bəli düzgün qeyd edirlər,onların hamısının bisnesləri var və bundan başqa qohum-qardaşlarıda mühüm vəzifə sahibidirlər.Deputatlardan Zahid Oruc kimi bir-neçə deputatı çıxmaq şərti ilə hansınız öz seçicilərinizlə görüşmüsünüz ? Sizin ünvanınıza məmur özbaşnalığı ilə əlaqədar müraciət etdim,
müraciətimə etika xatirinə də olsa cavab da vermədiniz ? Bundan başqa köməkçinizə də yüksək əmək haqqı təyin olunub, nə iş görür.......?

nina 2017-11-07 12:48:59

Siyavuş bəy,maaşlarınızın azlığı sizi narahat edirsə,hüquqşünas nümayəndələrin minlarılə uşaqlarının çörəksiz qoymaq və qanuna zidd qərara səc vermək sizi maraqlandırmır görürəm.Bir vaxtlar milli məclisdə faşiyəxanaların rəsmiləşdirilməsi ideyasını siz irəli sürürdünüz.Bütün xalq bilir ki,siz öz mənafeyinizi və təmsil etdiyiniz partiyanın mənafeyini düşünürsünüz.Baxmayaraq ki,deputat mandatınız var.Başa düşürük ki,siz vvə sizin kimi YPÇ-lar öz cibinizi düşünürsünüz.

NURəddin 2017-11-07 12:48:59

DEPUTATLARIN NƏİNKİ MAAŞLARI ARTIRILMALI, ƏKSİNƏ ÜMUMİYYƏTLƏ ONLARA MAAŞ VERİLMƏMƏLİ, DEPUTATLIQ İCTİMAİ BİR VƏZİFƏYƏ ÇEVRİLMƏLİDİR.XALQIN İÇİNDƏ KİFAYƏT QƏDƏR SAVADLI VƏ İNTELLEKTLİ, ELƏCƏ DƏ DÖVLƏTİNƏ VƏ XALQINA TAMAMİLƏ TƏMƏNNASIZ XİDMƏT GÖSTƏRƏN İNSANILAR VAR.1-İ ELƏ MƏN. MƏN AND İÇİRƏM Kİ, DEPUTAT OLSAM SİYAVUŞ NOVRUZVDAN ƏN AZI 800 DƏFƏ SƏMƏRƏLİ İŞLƏYƏR, BUNUN MÜQABİLİNDƏ NƏ 1 QƏPİK PUL, NƏ TOXUNULMAZLIQ, NƏ KOMFORT GƏLƏCƏK ÜÇÜN PENSİYA İSTƏMƏRƏM.XALQIN ELÇİSİ MƏNİM KİMİ DÜŞÜNƏR, SƏNİN KİMİ YOX.

pensioner 2017-11-07 12:48:59

Deputatların maaşı müəllimlərin və hərbçilərin maaşlarından sonra
artırıla bilər.

Bashirov Qarib 2017-11-07 12:48:59

Siyavushun dedikleri aktualdir.Elil pensiyachilarin teqaudunun ve unvanli sosial yardimlarin pulunu kesenden sonra budcede xeyli pul toplanacaq.Hele ,cerimeleri de nezere alsaq budce ashib ,dashirsa , niye bisnesmen deputatlarin maashi artirilmasin ki.

Kasıb 2017-11-07 12:48:59

Nəinki deputatın, bütün büdcədən maliyyələşən işçilərin maaşı artırılmalıdır. Axı qiymət artımından sonra maaş ölümü olub.

Realist 2017-11-07 12:48:59

Şərh yazan G-lar nə qanır dövlətçilik nədir?! Şəxsi biznes nəzərə alınsa, elə müəllim və ya həkim var ki, naziri də pul meşokunda "boğar"

İşsiz 2017-11-07 12:48:59

Əlbət də polisin maaşı yüksəkdir. çünki. cərimələrdən daxil olan vəsaitlərin 25%-i polisin maaşına əlavə edilir.

dadaşyev 2017-11-07 12:48:59

Hərdən müstəqil olduğumuza içimdə bir şübhə baş qaldıran kimi Google-da axtarıb bu mübarək üzlü adamın şəklini tapıram,görən kimi içimdə baş qaldıran şübhələr dərhal yox olur,bütün varlığımla inanıram ki,yooox,yüz faiz müstəqilik.Çünki müstəqilik ki,hər şey öz əlimizdədir ki,belə intellektual səviyyəsi yüksək,ilahinin qüdrətindən yoğrulmuş,ensiklopedik biliyə sahib bir adam millətin önünə çıxarılanlardan olub.Sükanı belə saxla.

VƏTƏNDAŞ 2017-11-07 12:48:59

siyavuş müəllim bəlkə işdən sonra kartof-sogan əkəsiniz.

Мail 2017-11-07 12:48:59

Bu ne deyir anlamadım.Aşağıdan başlamaq lazımdı qaldırmağa....

SIYAVUSH 2017-11-07 12:48:59

SIYAVUSH MUELLIM SIZ SLUCHAYNO KAYF ELEMIRSINIZ?? BASHDA AQIL OLAN MEMUR BELE DANISHMAZ , SHEXSEN MEN FIKIRLESHIREM KI NEKI DEPUTATLARIN MAASHINI HETTA ONLARIN OZLERINI TEXIRE SALMAQ LAZIMDI. KAK NIKAK KRIZIS CAMAAT DOLANA BILMIR AXI

Vətəndaş 2017-11-07 12:48:59

Siyavuş siz deputatların hamınızın obyektləriniz,biznesiniz var. Çox deputatlar da milyonerlərdirlər. Böyük biznesləri,tikinti şirkətləri,fabrik,şadlıq evləri var. Mən çox məlumatlı adam deyiləm ancaq bir neçəsini tanıyıram. Həm də ətrafınız da hamısı çox pullu imkanlıdırlar. Məsələn sənin bütün əttafın, yerlilərin şəhəri alıblar, eləcə də o biri deputatlar. Sizin ac millət heç vecinizə deil,hələ pul davası edirsiniz? Sən necə millət vəkilisən? Heç demirsən fəhlənin,kasıbın,maaşı artsın? Səndən gözləməzdim!

Korru Faktor 2017-11-07 12:48:59

YAPçı S.Novruzov doğru deyir. Deputatın maaşı 3600(üç min altı yüz) manat olmalıdır ki, milli "zakondan obxod" və xaricə pay-"obixod" yeri qoymasınlar. Qanun və Ə.Nuruşun açıq-şəffaf hökuməti xalqa özəl pay vermir. Əcnəbiyə verir və onunla ortaq olur. Olsun lap V.Ələkbərov, üç bankı niyə alır? Təbii ki, ortaqları ilə Azərbaycandan qazanmaq üçün! Bəs, pullarını idarə edə bilməyən Azərbaycan niyə satılır. Xalqı üçün artıq hesab etdiyi pulları kimlərləsə silmək üçünmü?

G.M 2017-11-07 12:48:59

Siyavuş mallımın təklifi bəyənilsin.Doğurdan da Deputatxana işçilərinin maaşları heç olmasa müəllim və həkimlərin maaşlarına çatdırılmalıdır.

Filosof 2017-11-07 12:48:59

Ele yeterli olmamagi yaxwidir. Belke bundan sonra fiklewmeye bawlayasiniz ki, o dediyin wey bizlere de yetmediyinden nece eziyet cekirik. Bizim de dostumuz var Seyavuw abi,biz de onlarlarla goruwmek oturub yeyib icmek-isteyirik,bilesen. Siz orda maaw artimi teleb etmekdense yigiwin monopolistlere qarwi encam gorun. Onda bu gun 18-20 manata olan yag 5-6 manat,12 manata olan et 5-6 manat v.s olar,aldiqlarimiz size de catar bize de!!!

t.ədalət 2017-11-07 12:48:59

Xalqın əleyhinə cərimələr və sair gərəksiz büdcə gəlirləri ilə əlaqədar qanunlar qəbul edən bir orqanın vəzifə maaşlarının artırılmasına o qədər də ehtiyac yoxdur.Bir də ki deputatların biznes gəlirləri aşıb-daşır.Məsələn,E.Axundovanın sayəsində oglunun o qədər pulu var ki,hətta tanışlarına 30-40 min manatlıq avtomobillər alıb bagışlayır.Hələ Rövnəq müəllimin imkanlarından danışmırıq.Səyəvuş müəllim,əgər deputatlara verilən o qədər maaş bəs etmirsə,onda onlardan on qat az alan müəllim və həkimlər neyləsin?

dadaşyev 2017-11-07 12:48:59

Mənə bax,sən canın,sən Allahın,sən əzizlərinin canı,sən rəhmətliklərinin goru,daha özümüzük,vallah ikimizin arasında qalacaq bu yol haqqı,olan olub keçən keçib,gəl bu sirri özünnən o dünyaya aparma,səni and verirəm əzizləinin başına düzünü de,sən Həsən ağanın qohumusan?Qohumu deyilsənsə xeyir ola belə gözəl bəxt mənə yox sənə yazılıb.Xeyir ola.Savadın savadımnan çoxdu,yoxsa dünyagörüşün dünyagörüşümdən genişdi?Bəlkə oxuduqların oxuduqlarımdan artıqdı,bəlkə adamlığım əskikdi,hə?Xeyir ola.Nə deyib danışırsan?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol