Menu

«Münanqişə zonaları sərfəli biznesə çevrilib» - Putin

07.11.2017, 21:26
«Münanqişə zonaları sərfəli biznesə çevrilib» - Putin

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici dövlətlərlə hərbi-texqiki əməkdaşlıq məsələləri üzrə komissiyasının iclasıqda Prezident Vladimir Putin bəyan edib ki, Suriyada terrorçuluğa qarşı mübarizə aparmaq əvəzinə, bəziləri mübarizəni imitasiya edirlər.

Bu xəbəri Kremlin mətbuat xidməti yayıb.

«Biz, son vaxtlar özünü bariz şəkildə göstərən bəzi həyacanlı tendensiyaları müşahidə edirik. Hər şeydən əvvəl silah bazaarın ayrı-ayrı real iştirakçılarının beynəlxalq hüququn norma və prinsiplərdən uzaq düşdüyünü və suveren dövlətlərə qarşı birbaşa təhdidləri nəzərdə tuturam. Terrorçu qruplaşmalarla real mübarizə aparmaq əvəzinə, bu mübarizənin imitasiyası gedir. Nəzarətdən kənar silah satışı gedir» - deyə, Putin bildirib.

«Bu gün bu və ya digər yerlərdə silahlar, necə deyərlər, «mötədil müxalifət»in əlinə keçir, sabah isə radikalların və terrorçuların sərəncamında olur. Belə təsəvvür yaranır ki, qızğın nöqtələrin özləri və münaqişə zonaları bəziləri üçün sadəcə, əlverişli biznesə çevrilib...» - deyə, Prezident barmaq tuşlayıb.

Putin onu da əlavə edib ki, «silah ixracı - istənilən dövlət üçün böyük cavabdehlikdir. Çox vacibdir ki, bunu qlobal silah bazarının bütün iştirakçıları anlasın».

Şərhlər

Kamil 2017-11-07 21:26:40

Ay qardaş dahi insan şah ismayıl xetayi demişdirki:yaddan dost tutancaq yaxın qardaşına güven odurki ay hakimyet ne rus ne ameika ne avropa senin iki qardaşın iki gözün varkl olarln sözünnen getmelise türkiye ve pakistan her ikisini allah başımızın üsten eksik etmesin olar bizim döyünen üreyidi

Mail 2017-11-07 21:26:40

İnsan nece heyasiz olarmış.E besdi daha dünya size inanmır.Saxtakarsız.

Mahir 2017-11-07 21:26:40

Ele onun biri sen eclafsanki separatcl terroris esede maduraya sarksyana krlma abxazyaya silah satan sensen o 130 milyart dollarl hardan qazanlbsan rusya xalql bir gün bunun hesabnl soracaq ele nemcovu maqnitiskuni polşa ve danimarka teyaresinin vurulmaslnda senin elin varki bunu dünya yaxşl bilir cezan aglr olacaq

t.ədalət 2017-11-07 21:26:40

Daglıq Qarabagdakı münaqişə ocagına isə silahı birbaşa rusiya satır.ermənilərdən və ruslardan ibarəıt terrorçu qurupları rusiya dəstəkləyir ,onları silahlandırıb Azərbaycan ərazilərinə qısqırdılr...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol