Menu

"Cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır" - Əflatun Amaşov

08.11.2017, 13:04
"Cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır" - Əflatun Amaşov

Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Azərbaycan mediasının bugünkü vəziyyəti haqqında danışıb.

Ə.Amaşov bildirib ki, bəzi media vasitələri kriminal xəbərlər üzərində cəmləşir və xəbəri şişirdirlər:

“Biz “google”da “Dağlıq Qarabağ”, “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu”, “Fədayə Laçın” və “Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə “Fədayə Laçın”, ikinci yerdə “Dağlıq Qarabağ”, üçüncü yerdə “Qoca”, dördüncü yerdə “Bakı-Tbilis-Qars dəmir yolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.

O bildirib ki, dustaqların qatardan qaçması faktı ilə bağlı Trend, AzərTAC və APA informasiya agentliklərində yalnız rəsmi məlumatlara əsasən xəbərlər yayılıb.

Ə.Amaşov bildirib ki, cəmiyyətdə kriminal xəbərlərə maraq var, lakin kriminal xəbərlər cəmiyyətə öz mənfi təsirini göstərir: “Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yer alırsa, həmin ölkədə cinayətkarlıq artır, cinayətlərin xarakteri artır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır, cəmiyyətdə qorxu atmosferi artır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi ornək olur. Gənc bilmir ki, kim kimi ola bilər, qəhrəman kimi ola bilər və ya hansısa cinayətkar kimi ola bilər. Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq-mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənf haldır”.

Ə.Amaşov bildirib ki, baş verən hadisələr obyektiv işıqlandırılmalıdır, cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır: “Bəzi hallarda informasiya şişirdilir ki, bu da cəmiyyətdə qorxu yaradır, guya hanısa paralel güclərin olmasından xəbər verir. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırq?!”

Şərhlər

Türk 2017-11-08 13:04:03

Bəs Aztv nədir? Bütün millət axşam xəbərlərini Aztv də izləmək üçün səbirsizliklə gözləyir.

omer 2017-11-08 13:04:03

Muellim son dovrlerde cox ciddi ve wiwrdilmiw halda kriminal alemden yazilar gedir.bu boyuk reklam hali alib..inaninki indi mescidlerdede sohbet avtoritedlerden gedir..halbuki sede insanlarin maraginda olan mitinq ve piketlerden cox cuzi yazirlar...metbuatin indiki esas movzusu niye gorese butinin ve avtoritetlerin reklamidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol