Menu

Abbas Abbasovun məşhur qohumu öz restoranında qətlə yetirildi

08.11.2017, 21:54
Abbas Abbasovun məşhur qohumu öz restoranında qətlə yetirildi

Noyabr ayının 4-ü, gecə saat 5:00 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki "Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, "Qoşu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

Gununsesi.info xəbər verir ki, qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan "Çinar” restoranında baş verib.

Hadisə ilə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Mərhum Qoca Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və "Qoçu” ləqəbi ilə tanınırdı. Ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu. Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol