Abşeron rayonunun Xocaəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu "Murad" şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.
Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


Şərhlər
Əgər tanışları manıslar və manisələrdirsə yüz faiz markalayıb hamısını.Manıslar bir-birlərinə pul atmağa manıs dilində "markalamaq" deyirlər.Toyun axırında öz aralarında pulu bölərkən hərdən belə cümlələr eşitsəniz çaşmayın:"O buğur manısı xas markalamışam,ona çatasını da avışdıraq,dazıxaq".Yəni o pis adamın pulunu yaxşı kəsmişəm,ona çatasını da bölək,aradan cıraq.Adətən markalayan iki-üç həmfikiriylə markalayır ki,tək qalmasın.Bu görünür hamısını markalayıb deyə hamılıqla üstünə düşüb bıçaqlayıblar.