Menu

Bərdədə xeyli sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkar edilib

10.11.2017, 20:35
Bərdədə xeyli sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkar edilib

Bərdə rayonunda xeyli sayda kəsilmiş atın daxili orqanları və sümükləri aşkar edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, heyvanlara məxsus hissələri rayonun Mirzəxan kəndindən keçən Qarabağ su kanalında yerli sakinlər tapıblar.

Kənd sakinlərinin sözlərinə görə, naməlum şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır. Bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır.

Yerli sakinlər bu barədə hələlik heç bir quruma məlumat vermədiklərini bildirirlər.

Bərdə Rayon Baytarlıq İdarəsindən "Report"un yerli bürosuna vəziyyətdən xəbərsiz olduqları bildirilib, tərəflərindən əraziyə baxış keçiriləcəyi qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol