Menu

“Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur” - Birgə bəyanat

11.11.2017, 12:34
“Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur” - Birgə bəyanat

Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyetnamda keçirilən Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq Təşkilatı (APEC) sammitində bir araya gələn ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatında qeyd edilib.

Vladimir Putinin sözçüsü Dimitri Peskov bildirib ki, liderlər sammit çərçivəsində bir araya gələrək Suriya məsələsinə dair birgə bəyanatla çıxış etməyə razılıq veriblər.

Tərəflər İŞİD terror təşkilatı ilə birgə mübarizənin davam etdirilməsi və təhlükəli halların qarşısının alınması üçün birgə əməkdaşlıq kanallarının qurulmasına dair razılığa gəliblər.

Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əsas prinsip olaraq qeyd edilib. Bütün tərəflər BMT-nin himayəsi altında Cenevrədə təşkil edilən sülh danışıqlarına dəvət edilib.

Şərhlər

dadaşyev 2017-11-11 12:34:57

Nəhayət,o boyda qırğınlardan,dağıntılardan,faciələrdən sonra bədbəxt Suriya xalqının rahatlığının təməli qoyuldu.Amma Əsədə ATƏT-i sırımaq istəsələr,qəbul etməsin.Biz 23 ildi ATƏT-dən necə bay olmuşqsa o da elə olacaq.ATƏT-ə ümid olan şamsız qalar.Şam isə orta əsrlərdə Dəməşqə deyiblər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol