Menu

Sərnişinlər 3-4 avtobus dəyişməyəcək - Mərdəkan-Qala istiqamətində yenilik

11.11.2017, 20:46
Sərnişinlər 3-4 avtobus dəyişməyəcək - Mərdəkan-Qala istiqamətində yenilik

Mərdəkan-Qala istiqamətində mini avtobus mərkəzi yaradıla bilər.

Bu barədə Bakə Nəqliyyat Agentıiyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O bildirib ki, bununla bağlı araşdırmalar davam edir. Bu mini mərkəzin yaradılması ilə bir çox məsələlər həllini tapa bilər:

“Bu həm şəhərətrafı ərazilərdən 3-4 avtobus dəyişərək şəhərə gəlmənin qarşısını alacaq, həm sərnişinlərin gediş haqqına verdiyi pulun 20-30 qəpik daha az olmasına səbəb olacaq, həmçinin şəhərətrafından gələn avtobusların yaratdığı xaotik vəziyyəti azaldacaq”, - deyə M.Ağayev vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol