Menu

Astarada evdən kişi meyiti tapılıb

12.11.2017, 20:41
Astarada evdən kişi meyiti tapılıb

Astarada evdən kişi meyiti aşkar edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astaranın Artuba kəndində qeydə alınıb.

Kənd sakini ,1957-ci il təvəllüdlü Nizaməli Eynəli oğlu Baxşıyevin meyiti bu gün yaşadığı evdə aşkar edilib. Meyit müayinə olunmaq üçün Lənkəran morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol