Menu

Zorla ərə verilən qız özünü binadan atdı - Bakıda dəhşətli intihar

12.11.2017, 23:17

intihar-qizPaytaxtın Nizami rayonunda intihar hadisəsi baş verib.

"AzPolitika" "Qafqazinfo”ya istinadla xəbər verir ki, gənc qız Qara Qarayev prospekti, məhəllə 2517/2518 ünvanında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

Təxminən 22 yaşlarında olan qız hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, gənc qız qeyd edilən binada yaşamır. Onun Şamaxı rayon sakini olduğu bildirilir.

Məlumata görə, qız zorla ərə verildiyi üçün evdən qaçıb və həmin binaya gələrək özünü balkondan aşağı atıb.

Hazırda hadisə yerinə Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol