Menu

Serbiya yenə NATO-dan imtina etdi! - Rusiyaya görə

13.11.2017, 11:55
Serbiya yenə NATO-dan imtina etdi! - Rusiyaya görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bəyan edib ki, onun ölkəsi hər-hansı hərbi bloka, o cümlədən, NATO-ya qoşulmaq marağında deyil.

«Serbiya NATO-ya və ya digər hərbi ittifaqa qoşulmaqda maraqlı deyil. Biz, gələcəkdə də hərbi neytrallıq siyasətini davam etdirəcəyik. Amma NATO «Kosovadakı serb əhalinin qorunması və müdafiəsi üçün» qaçılmaz müttəfiqdir» - deyə, Daçiç bəyan edib.

Bundan başqa, nazir əmin olduğunu bildirib ki, Rusiya ilə Serbiyanın dostluğu bütün sınaqlara davam gətirir və bundan sonra da möhkəmlənəcək, o cümlədən, iqtisadi səviyyədə.

«Biz, Prezident Vuçiçlə hər ikimiz Rusiyanı Serbiyanın gerçək dostu hesab edirik və bundan sonra da bütün səviyyələrdə (siyasi və xüsusilə də iqtisadi sahələrdə) əməkdaşlığın yaxşılaşdırılması üzərində işləyəcəyik» - deyə, Serbiyalı nazir «İzvestiya» qəzetinə verdiyi müsahibədə bəyan edib.

O, qeyd edib ki, qərb ölkələrindəki anti-Rusiya isterikasını hiss edir. Onun fikrincə bu, Rusiyanın Şərqi Avropa üzərində böyük təsiri ilə izah olunur.

Vuçiç əlavə edib ki, Serbiya Avropanın Rusiyaya qarşı sanksiyalarına qoşulmaq niyyətində deyil və həm də bununla əlaqəli bütün çətinlikləri anlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol