Menu

Gürcüstanda 18 nazirlikdən 5-i ləğv olundu

13.11.2017, 12:58
Gürcüstanda 18 nazirlikdən 5-i ləğv olundu

"Gürcüstanın hökumət strukturlarında islahatlar bundan sonra da davam edəcək".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Kvirikaşvili noyabrın 13-də keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, hökumətin tərkibində kadr dəyişikliyi edilib. Belə ki, İqtisadiyyat və Energetika nazirlikləri birləşdirilib. Bu quruma hazırkı maliyyə naziri Dmitri Kumsişvili rəhbərlik edəcək. D.Kumsişvili həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan "Dəmir Yolları" SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Baş nazirin sozlərinə görə, mədəniyyət və idman nazirlikləri də birləşdirilib. Ümumilikdə isə 18 nazirlikdən 5-i ləgv olunub. G.Kvirikaşvili bildirib ki, kadr islahatları hüquq-mühafizə və prokurorluq orqanlarında da aparılacaq.

Şərhlər

Professor 2017-11-13 12:58:41

G.Kvirikaşvilinin kadr islahatlarının hüquq-mühafizə və prokurorluq orqanlarında da aparılacağını söyləməsi çox gözəl fikirdir. Azərbaycanda da İstintaq Komitəsi yaradılması, bütün istintaq orqanlarının həımin komitəyə verilməsi və prokurorluq orqanının ləğv edilib Ədliyyə Nazirliyinə verilməsi və 60 yaşdan yuxarı vəzifəli şəxsləri ya təqaüdə göndərmək, bu mümkün olmadıqda isə sıravi işlərə keçirilməsi də ölkəmiz üçün aparılacaq gözəl islahat olardı.

Ali 2017-11-13 12:58:41

Vallah billah Həzrətabbas haqqı bizdəki nazirliklərin hamisi ləgv olunsa millətə də dövlətə də faydasi olar.KOBUD DEYİLİr AMMA DÜZ DEYİLİR.BİR AZ DÜŞÜNÜN GÖRƏRSİZ Kİ DÜZ DEYİRƏM.Hər seyi dagidanlar viran qoyanlar elə bunlardir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol