Menu

Fuad Qəhrəmanlı "Qorotdel"ə çağırıldı (YENİLƏNİB)

08.10.2013, 11:35
Fuad Qəhrəmanlı "Qorotdel"ə çağırıldı (YENİLƏNİB)

AXCP sədrini müavini Fuad Qəhrəmanlı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Günün birinci yarısı BŞBPİ-də olan Fuad Qəhrəmanlı İdarənin rəis müavini Səhlab Bağırov və Bakı Şəhər Prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb.

Fuad Qəhrəmanlı BŞBPİ-də görüşdən sonra“Yeni Müsavat”a məlumat verib ki, onun polisə çağırılması oktyabrın 7-dəmediada seçki saxtalaşdırılacağı halda etiraz aksiyalarının keçirilə biləcəyi barədə verdiyi açıqlama ilə bağlı olub: “Bu açıqlamamla bağlı hesab ediblər ki,mənə xəbərdarlıq etməyə ehtiyac var. Səhlab Bağırov və Fazil Həsənəliyev mənə bildirdilər ki, Bakı Şəhər İcra Hakaimiyyəti ilə razılaşdırılmamış aksiyalar keçirilməsi qarşıdurmaya səbəb olacaq və buna görə də mən məsuliyyət daşıyıram. Mən isə dedim ki, etiraz aksiyaları ilə bağlı fikir səsləndirərkən bunu “Sərbəst toplaşmaq zadlığı haqqında” Qanunun bizə verdiyi hüquqa əsaslanmışam. Keçirəcəyimiz aksiyalar da qanuna əsasən keçiriləcək. Mənim bu mövqeyimi ifadə etməyimdən sonra görüş başa çatdı. Heç bir hədə-qorxu gəlmədilər. Sadəcə dedilər ki, mediadakı açıqlamama görə, görüşüb xəbərdarlıq etməyə ehtiyac duyublar”.

***

Rafiq Abbasov AXCP sədrinin müavini ilə görüşmək istəyir 

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə qəzetimizə Fuad Qəhrəmanlı məlumat verib:

"Bu gün Bakı Şəhər Baş Polis İdarəsindən mənə zəng vuraraq bildiriblər ki, sabah saat 11-də idarədə olmalısan. Zəng vuran şəxs özünü İctimai Təhlükəsizlik İdarəsinin rəisi Elçin müəllim kimi təqdim edib. Onun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov mənimlə görüşmək istəyir. Lakin o, görüşün səbəblərini deməyib".

Fuad Qəhrəmanlı bildirib ki, məsələni aydınlaşdırmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinə getmək niyyətindədir. (azadliq.info)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol