Menu

Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır

13.11.2017, 16:23
Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır

Müsəlman kişi adı olan Məhəmməd Avstriyanın paytaxtı Vyanda yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub.

"Report" TASS-a istinadən xəbər verir ki, statistika bu adın son beş il ərzində təkcə oğlanlara verilən adlarda ilk onluqda olmaqla deyil, həm də siyahının zirvəsinə doğru hərəkət etdiyini göstərir.

2010-cu ildə 99, 2011-ci ildə 111, 2016-cı ildə isə 124 yeni doğulan körpəyə Məhəmməd adı verilib.

Yerli KİV qeyd edir ki, 2017-ci ilin sonunda bu ad Yaxın Şərq və Afrikadan olan miqrasiyanın hesabına daha da populyarlaşacaq.

Şərhlər

Vəli 2017-11-13 16:23:52

Məhmməd adinin populyarlaşmasi Azərbaycanimizin hərtərəfli yüksək inkişafinin bariz nümunəsidir.İndiyə kimi niyə bu adı vermirdilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol