Menu

Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq

30.06.2014, 14:55
Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq

Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlər Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra başlayacaq.

Bunu SalamNews-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyib.

O bildirib ki, Azərbaycan hökuməti Qars-Naxçıvan dəmir yolunun inşası ilə bağlı layihənin hazırlanması barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq tapşırıq verib.

Həmçinin yolun Naxçıvan hissəsində təqribən 10 kilometrə yaxın dəmir yolu xətti tikilməlidir. Bu, mövcud dəmir yolu xəttini Sədərəyə qədər uzatmağa imkan verəcək. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının dəmir yol sistemi də yenidən qurulacaq.

Mətbuat katibi söyləyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi 2015-ci ildə başa çatacaq. Yeni layihənin icrasına isə birinci layihə yekunlaşdıqdan sonra başlanılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol