Menu

Azərbaycanda avtomobil istehsalı dayanmaq üzrədir

16.11.2017, 14:45
Azərbaycanda avtomobil istehsalı dayanmaq üzrədir

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 205,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 23,6%, sair nəqliyyat vasitələrinin istehsalı isə 19,1% artıb.

Son 10 ay ərzində fəvvarə armaturunun istehsalı 89,4%, minik avtomobillərinin istehsalı 88,9%, yük avtomobillərinin istehsalı 98,6% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 32,1%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 26,2% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol