Ramazan bayramının ikinci gününü yaşayırıq. Hər il olduğu kimi Ramazan ayında azan yayımlayan ANS TV bu il bunu etməyib.
Aktual.az saytının əldə etdiyi məlumata görə, hakimiyyətdən azanın yayımlanması ANS-ə qadağan edilib, hətta efirə azan veriləcəyi təqdirdə ANS kanalının bağlanacağı bildirilib.
Sayt məlumatı ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Məmmədovla dəqiqləşdirmək istəsə də, o bunu şərh etməkdən boyun qaçırıb.


Şərhlər