Menu

Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

17.11.2017, 14:40

vesiqe_160213Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar qanunvericiliyə bəzi dəyişikliklər edilb.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna müvafiq dəyişikliklər müzakirə olunub.

Dəyişikliyə əsasən, 2019-cu il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Bu dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Qanunun hazırkı variantında bu müddət "2018-ci il 1 yanvar” kimi göstərilir.

Yeni dəyişikliklərə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2019-cu il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək.

Qanunun hazırkı variantında bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Şərhlər

Yurdsuz Qarabağlı 2017-11-17 14:40:36

Bir sıra səlahiyyətlilərin "milyoner olma" nəfsinə küçə-keçidlərin daralmasına, kvartalların hasarlanmasına və saymaz erməni dostluğu naminə Qarabağ həllinə biganəlikdən şəxsiyyətdə üz qoyublar ki, vəsiqəsinə də ciddi yanaşsınlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol