Menu

Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb

18.11.2017, 13:12
Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 35,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 32% azdır.

Son 1 ildə küləklə işləyən stansiyalarda istehsal 20,5% azalaraq 10,5 mln. kVt/saata enib.

Əvəzində istilik elektrik stansiyalarında istehsalın həcmi 1,5% artaraq 16 384,3 mln. kVt/saata yüksəlib, su elektrik stansiyalarında isə 8,5% azalaraq 1 526,3 mln. kVt/saat təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 18 751,4 mln. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur. Bunun da 17 957,0 mln. kVt/saatı əmtəəlik olub və bu, illik müqayisədə 0,5% çoxdur.

Şərhlər

Bashirov Qarib 2017-11-18 13:12:55

Elmi nailiyyet olan gunesh ve kulek eneryisi, bize serf etmez, baxmayaraq ki,olkede havayi kulek de, gunesh de boldur.Bize lazimdir ki, qazla,mazutla istehsal edek. Bir serf ele , beshini sil getsin.

aysberq 2017-11-18 13:12:55

Gərdəşüm, nöyüt dünyada düşüb, o nöyütü "İmperatorlar (Z.H)" harada baha qiymətə sırıya bilərlər==Azərbaycanda=büdcəyə!! İşıq bahalananda iqtisadçı alım Q.İbadoğlu açıqladı ki, "Şərqin Günəşində" istehsal olunan elektrik enerjisinin 60-70 %-i İstilik Elektrik stansiyalarında hasil olunur. Ona görə də bizə külək və günəş lazım deyil!
P.S. Beləliklə "Yaşasın Rüstəm bəy"!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol