Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 17-də saat 22.00 radələrində Xətai rayonunun Telnov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehdi Daşdəmirov vurulub.
Nəticədə, M.Daşdəmirov hadisə yerində ölüb.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.


Şərhlər