«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin (DD) nümayəndəsi Xezer Hauert bəyan edib ki, Çin Xalq Respublikası (ÇXR) Koreya Xalq Demokratik Respubikasının (KXDR) nüvə proqramı probleminin həlli istiqamətində doğru addımlar atır.
Onun sözlərinə görə, Vaşiqton ümid edir ki, Pekin bundan sonra da bu istiqamətdə irəliləyəcək. KXDR-a qarşı təzyiq göstərilməsi məsələsi barədə ABŞ və ÇXR arasında danışıqların nəticələri barədə suala Hauert belə cavab verib və əlavə edib ki, bu işin davamı üçün ABŞ-n əhvalı «pozitiv»dir.
«Çinlə işləmək çox kömək edir. Çin doğru addıilar atır - ABŞ buna şaddır» - deyə, xanım Hauert jurnalisətlərə bildirib.
Bu zaman DD nümayəndəsi əmin olduğunu bildirib ki, KXDR sərhədlərində digər dövlətlərin hərbi fəallığının donlurulması onun aktivliyini dayandırmayacaq.


Şərhlər