Menu

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya edib

19.11.2017, 10:09

Ukrayna-bayraqUkraynanın milli təhlükəsizliyinə qarşı hərəkətlərinə görə 8 Gürcüstan vətəndaşı ölkələrinə deportasiya edilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, polisin və miqrasiya xidmətlərinin topladığı materiallar əsasında UTX həmin vətəndaşların Ukraynanın milli təhlükəsizliyinə təhdid hərəkətlərini müəyyənləşdirib.

Ölkənin hüquq mühafizə orqanları xarici vətəndaşları Ukraynanın qanunlarına hörmətlə yanaşmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol