Menu

İmişlidə ağır qəza olub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

19.11.2017, 12:04
İmişlidə ağır qəza olub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol