Menu

Mərakeşdə izdiham nəticəsində 15 nəfər ölüb

19.11.2017, 22:00
Mərakeşdə izdiham nəticəsində 15 nəfər ölüb

Mərakeşdə humanitar yardımın paylanılması zamanı yaranan izdiham nəticəsində azı 15 nəfər ölüb.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, hadisə Əs-Süveyr şəhəri yaxınlığında baş verib.

Məlumata görə, izdiham nəticəsində həmçinin 40 insan da xəsarət alıb.

Qeyd olunur ki, ölü və yaralıların sayı arta bilər. İzdiham qurbanlarının əksəriyəti qadınlardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol