"Uşaqlar Azərbaycan cəmiyyətinin ən ali dəyəridir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, bu dövlət uşaq siyasətinin təməlini təşkil edir: "Azərbaycanın son 25 ildə əhalisi təxminən 40 faiz artıb, bu o deməkdir ki, Azərbaycan cəmiyyəti sağlam təməl üzərində qurulub".
Ə.Əhmədov qeyd edib ki, bir neçə aydan sonra 10 milyonuncu uşaq dünyaya göz açacaq: "Bütün bunlar dövlətin üzərinə yeni qayğılar qoyur, uşaqla bağlı qayğılar Azərbaycan dövləti üçün şərəfli işdir. Biz vətəndaşlarımızın sayının artmasını, ölkəmizin gücünün və qüdrətinin artmasını vacib amil hesab edirik. Azərbaycan cəmiyyəti həm sayca artmalı, həm də ölkəmizin potensialını müəyyənləşdirən digər parametrlərə malik olmalıdır".


Şərhlər
UŞAĞA OLAN QAYĞI 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən ediliB.
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 2013-ci il 1 sentyabr tarixindən 90 manat müəyyənləşdirilmişdir.
Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır. İsveçdə isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub. İsveçrədə bütün siniflərdə məktəblilərə pulsuz kitab, paltar və gündə 3 dəfə yemək verirlər. 18 yaşına qədər hər şey uşaq üçün pulsuzdur, üstəlik, hər ay dövlət uşaqlara kompensasiya verir. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.