Menu

“Qarabağ”la ilk oyunda bəxtimiz gətirdi” - Konte

21.11.2017, 21:00
“Qarabağ”la ilk oyunda bəxtimiz gətirdi” - Konte

“Bu oyunda çox diqqətli olmalıyıq. Rəqibimiz “Atletiko” kimi komanda ilə hər iki oyunda heç-heçə edib. “Roma” da burda çətinliklə üzləşib”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- 10 ballıq sistemlə “Çelsi” və “Qarabağ”ı hansı balla qiymətləndirərdiz?

- “Qarabağ” yaxşı komandadır. Bəxtimiz gətirdi ki, Londondakı matçda bu komanda ÇL-də ilk oyununu keçirirdi. Həmin oyundakı böyük hesablı qələbəni bununla bağlayardım.

- İngiltərə mətbuatına müsahibənizdə ilk qələbənizi qazanana kimi saqqalınızı qırxmayacağınızı demişdiz. Sabah qalib gəlsəz, saqqalınızı Bakıda, yoxsa Londonda qırxdıracaqsız?

- Əsas olan mənim saqqalım yox, komandanın qələbə qazanmasıdır (gülür). İlk dəfədi saqqal saxlayıram. Düzü, bu, çox çətindir. Ancaq dediyim kimi, mənim üçün əsas olan komandamın qələbəsidir.

- İki il öncə, İtaliya millisinin “sükanı arxasında” bu stadionda qələbə qazanmışdız. Necə düşünürsüz, bu arena yenə sizə düşərli olacaq?

- Eyni nəticənin təkrarlanmasını istərdim. Həmin oyunda çətinliklə üzləşmişdik. Azərbaycanda futbol inkişafdadır. Sabahkı oyunun da çətin keçəcəyini düşünürəm. Çox diqqətli olmalıyıq.

- Bu matçdan sonra sizi “Liverpul”la çətin oyun gözləyir. Bu, elə oyunlardır ki, burda səhv etmək şansınız yoxdur...

- “Atletiko” ilə oyundan sonra da belə sıxlıq olmuşdu. Təqvimi tərtib edən insanlara qarşı iradım var. Bu təqvimi tərtib edənlər diqqətli olmalıdırlar. Bunu bəhanə etmək istəmirəm, ancaq təqvimin sıx olduğu açıqdır.

- Futbolçuları ilk oyunda 6:0 hesabıyla qalib gəldikləri komandaya qarşı oyuna kökləməkdə çətinlik çəkməyəcəksiz ki?

- Motivasiya ilə bağlı problem olacağını düşünmürəm. Bu oyuna futbolçuları xüsusi kökləməyə ehtyac görmürəm. Rəqib “Atletiko” ilə iki dəfə heç-heçə edib.

- Qarşıda “Liverpul”la vacib oyununuz olduğunu nəzərə alsaq, bu matçda heyətdə rotasiyalar ola bilər?

- Həmişə komanda üçün ən yaxşı qərarı verməyə çalışıram. Nəzərə alsaq ki, 3 gündən bir oyun keçiririk, rotasiya mütləq olmalıdır. Ancaq “Qarabağ”la oyun bizim üçün vacibdir. Bu matçda qalib gələcəyimiz təqdirdə, növbəti mərhələyə vəsiqə qazanacağıq.

- Bayaq sıx təqvimdən narazı qaldığınızı bildirdiz. Bununla bağlı şikayət etmisiz?

- Bu, təkcə bizim üçün yox, digər komandalara da aiddir. İngiltərə ÇL-də 5 komanda ilə çıxış edir. Uzun müddətdir İngiltərə klubları ÇL-də finala çıxa bilmir. Baxmayaraq, çox güclüdürlər. Təqvimi tərtib edənlər bunu nəzərə almalıdılar.

- Saat neçədə İngiltərəyə çatacaqsız?

- Saat 4-də çatacağıq. Bir daha bildirmək istəyirəm ki, təqvimi hazırlayanlar dəyişikliklər etməlidilər.

- Eden Azarın vəziyyəti nə yerdədi? Son turda ayağından zədə almışdı.

- Onun vəziyyəti yaxşıdır. Oyuna tam hazırdır. Yalnız Viktor Mozes və Mişi Batşuayinin zədəsi var. Kennedi Musandanın da zədəsi var. Onun zədəsi əzələ dartılması ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol